Əsas səhifə » Gürcüstandan 30-a yaxın xarici vətəndaş deportasiya edilib

Gürcüstandan 30-a yaxın xarici vətəndaş deportasiya edilib

BAKI, AzerVoice

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində aparılan tədbirlər nəticəsində müxtəlif ölkələrdən olan 26 xarici vətəndaşı ölkədən deportasiya edib.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi məlumatda deyilir.

Məlumata görə, Gürcüstandan Banqladeş, Hindistan, İran, İraq, Qırğızıstan, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Tacikistan vətəndaşları deportasiya olunub. Onların respublikaya yenidən daxil olması qadağan edilib.

Qeyd edək ki, son aylarda Gürcüstanda qeyri-qanuni miqrasiya ilə mübarizə gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya və miqrantların axtarış prosedurlarını sadələşdirib.

Digər Kateqoriyalar

2025 © Azervoice