BAKI, AzerVoice
Tehran və Vaşinqton hələ ki, nüvə sazişi üzrə danışıqların yeni mərhələsinin keçiriləcəyi yer və tarix barədə razılığa gəlməyiblər.
AzerVoice xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.
“Bu məsələyə dair nə tarix, nə vaxt, nə də məkan hələlik müəyyən edilməyib” – deyə o, bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında 5 raund dolayı danışıqlar keçirilib. Danışıqlar Oman xarici işlər naziri Bədr Əl-busəidinin vasitəçiliyi ilə təşkil olunub. İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. Müzakirələrin 1, 3 və 4-cü raundu Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.