Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran ABŞ-ın Kubaya qarşı yeni sanksiyalarını pisləyib

    14 İyul 2025 11:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran İslam Respublikası ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib.

    AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Vaşinqtonun bu addımını “zorakılıq və məcburetmə siyasətinin növbəti təzahürü” adlandırıb.

    “ABŞ-ın zorla qəbul etdirmə və təzyiq asılılığı bir daha müstəqilliyini və öz yolunu seçmək istəyən suveren bir ölkəni hədəfə alıb”- deyə o bildirib.

    İranlı diplomat vurğulayıb ki, bu cür ədalətsiz və beynəlxalq hüquqa zidd addımlar Kuba xalqının iradəsini qıra bilməz.

    “Bu qeyri-insani və qanunsuz birtərəfli sanksiyalar Kuba xalqının və onun rəhbərliyinin ABŞ hegemonluğuna qarşı duruşunu sarsıtmayacaq”- deyə Bəqai vurğulayıb.

    Qeyd edək ki, ABŞ Dövlət Departamenti açıqladığı qərarla Kubanın bir sıra yüksək vəzifəli rəsmilərinə, o cümlədən Prezident Migel Dias-Kanelə qarşı yeni sanksiyalar tətbiq edib. Dövlət katibi Marko Rubio bu qərarı 2021-ci ilin iyul ayında Kubada baş verən hökumət əleyhinə etirazların yatırılmasında adıçəkilən şəxslərin iştirakına istinadla əsaslandırıb.

    “Vaşinqton bu addımı Kuba azad, ləyaqətli, suveren və müstəqil qalmaq yolunu seçdiyi üçün atıb”- deyə Kuba Prezidenti Dias-Kanel bildirib.

    #İran #ABŞ #Donald Tramp #Kuba #Marko Rubio #İsmayıl Bəqai #İran Xarici İşlər Nazirliyi #İran-ABŞ gərginliyi #İran–ABŞ danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vəliəhd Şahzadənin ABŞ səfəri strateji tərəfdaşlığı gücləndirir- Səudiyyə höküməti

    19 Noyabr 2025 02:00

    Səudiyyə ABŞ-yə 1 trilyon dollarlıq investisiya yatıracaq

    18 Noyabr 2025 22:35

    Türkiyədən İrana dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    18 Noyabr 2025 16:41

    Ronaldo Dünya Kuboku öncəsi Ağ Evdə Tramp ilə görüşəcək

    18 Noyabr 2025 12:06

    Tramp Səudiyyə Ərəbistanına “F-35” qırıcılarının satışına razılıq verdi

    18 Noyabr 2025 07:41

    İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

    18 Noyabr 2025 02:00

    Səudiyyə vəliəhd şahzadəsinin 6 ildən sonra ABŞ-a ilk səfəri

    17 Noyabr 2025 16:36

    ABŞ və müttəfiqləri elmi inkişafımıza qarşı təzyiqləri təhlükəli mərhələyə keçirir - İran

    17 Noyabr 2025 10:41

    Maduro ilə danışa bilərik, onlar dialoq istəyirlər - Tramp

    17 Noyabr 2025 09:47

    Türkiyədən İrana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

    16 Noyabr 2025 17:00

    İranlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    16 Noyabr 2025 13:00

    İran Marşal Adaları bayrağı altında üzən neft tankeri ələ keçirib

    15 Noyabr 2025 16:58
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Vəliəhdinin ABŞ səfəri strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur

    Vəliəhd Şahzadənin ABŞ səfəri strateji tərəfdaşlığı gücləndirir- Səudiyyə höküməti

    Bu gün Maykl Ceksonyn həbsinə order verildi

    Tarixdə bu gün – 19 Noyabr

    10 qətərli CEO Forbesin Top 100 CEO siyahısına daxil edilib

    Qətər Baş naziri ŞƏT Hökumət Başçıları Şurasının iclasında iştirak edib

    Səudiyyə ABŞ-yə 1 trilyon dollarlıq investisiya yatıracaq

    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib

    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib

    Azərbaycan və Belarus XTQ-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.