Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib

    18 Noyabr 2025 21:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması məsələsinə həsr olunmuş yüksəksəviyyəli tədbir baş tutub.

    AzerVoice xəbər verir ki, tədbir Azərbaycan tərəfinin təşəbbüsü ilə COP29 Sədrliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın (Tehran Konvensiyası) Müvəqqəti Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.

    Görüşdə Xəzəryanı ölkələrin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının rəhbər şəxsləri və yüksəksəviyyəli nümayəndələri, eləcə də BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) rəhbər nümayəndələri və digər dəvətlilər iştirak ediblər.

    Tədbir Xəzər dənizinin səviyyəsinin tarixən ən sürətli və çoxşaxəli şəkildə azalması tendensiyasına diqqəti artırmaq və regional həmrəyliyi möhkəmləndirmək məqsədi daşıyıb.

    COP29 Sədri və Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalmasının ekosistemlərə, sahilyanı infrastruktur və iqtisadi fəaliyyətə, eləcə də dənizkənarı ərazilərdə yaşayan əhalinin rifahına göstərdiyi təsirlər barədə danışıb. Bildirilib ki, bu prosesin yaratdığı çağırışlar yalnız birgə səylər, elmi əsaslara söykənən yanaşma və regional koordinasiya vasitəsilə effektiv şəkildə həll oluna bilər.

    Qeyd olunub ki, Azərbaycan Prezidenti bu məsələni 2022-ci ildə Aşqabadda keçirilmiş Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında, həmçinin cari ilin BMT Baş Assambleyasının 80-ci sessiyasında qlobal səviyyədə ardıcıl şəkildə qaldırıb. Azərbaycan tərəfi, həmçinin Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı koordinasiyalı fəaliyyətin təmin olunması məqsədilə beş tərəfli birgə işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib.

    Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzər dənizinin səviyyəsinin son illərdə davamlı şəkildə azaldığını, bu prosesin çaylarda su axımının azalması, temperatur artımı və buxarlanmanın güclənməsi ilə daha da sürətləndiyini vurğulayıb. O, Xəzərdə gələcək səviyyə dəyişikliklərinin ciddi risklər yaratdığını qeyd edərək elmi əsaslı qərarların, regional əməkdaşlığın və adaptasiya tədbirlərinin vacibliyini xüsusi diqqətə çatdırıb.

    İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzər hövzəsində aparılan milli müşahidələr, formalaşan elmi tendensiyalar və hökumətlərin müəyyənləşdirdiyi prioritet istiqamətlər barədə ətraflı məlumat veriblər. Müzakirələr Xəzəryanı dövlətlərin məsuliyyətinin artırılması, elmi əsaslı qərarların dəstəklənməsi və region üzrə vahid, koordinasiyalı fəaliyyətin zəruriliyini bir daha ön plana çıxarılıb.

    Bundan əlavə, UNEP, UN-Habitat və WMO təşkilatlarının nümayəndələri Xəzər hövzəsində müşahidə və monitorinq sistemlərinin gücləndirilməsi, sahilyanı icmalar üçün dayanıqlı məskunlaşma və inkişaf planlaşdırmasının dəstəklənməsi, su balansının dəqiq qiymətləndirilməsi və region üzrə elmi araşdırmaların genişləndirilməsi istiqamətində əməkdaşlığa və texniki dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.

    Sonda “Xəzəryanı ölkələrin nazirləri və yüksəksəviyyəli nümayəndələrinin Xəzər dənizinin səviyyəsinin azalması məsələsi üzrə əməkdaşlığın gücləndirilməsi barədə Birgə Bəyannamə”si qəbul edilib.

    Bəyannamədə ötən il COP29 çərçivəsində Bakıda qəbul olunmuş Bakı Bəyannaməsinə istinad edilərək Xəzəryanı ölkələrin bu məsələdə əvvəlki öhdəliklərini davam etdirdikləri vurğulanır. Bildirilir ki, Bakı Bəyannaməsi elmi əməkdaşlıq, məlumat mübadiləsi və koordinasiyalı fəaliyyət üçün əsas yaratmış, COP30-da qəbul edilmiş yeni Birgə Bəyannamə isə bu istiqamətdə səylərin daha da gücləndirilməsinə xidmət edir.

    Sənəddə elmi tədqiqatlar, monitorinq və məlumat mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədləri ifadə olunub. Bununla yanaşı, BMT sistemi ilə birgə fəaliyyət və layihələrin təşviqi, həmçinin Xəzər regionunun davamlı inkişafı və uzunmüddətli dayanıqlığının təmin olunması istiqamətində birgə addımların atılması üzrə ortaq niyyət də sənəddə öz əksini tapıb.

    Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması məsələsi COP28-dən başlayaraq artıq üçüncü dəfə ardıcıl şəkildə Azərbaycanın təşəbbüsü ilə BMT-nin iqlim konfranslarının çərçivəsində Azərbaycan pavilyonunda bu məsələyə həsr olunan yüksəksəviyyəli tədbir təşkil olunur.

    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib
    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib
    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib
    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib
    #Braziliya #COP29 #COP30 #Belem #Xəzər dənizinin səviyyəsinin azalması #Təbii Sərvətlər Nazirliyi #BMT-nin Ətraf Mühit Proqramı (UNEP) #BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) #Ümumdünya Meteorologiya Təşkilatı (WMO)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Braziliya millisinin üzvü yeni kluba keçib

    28 Dekabr 2025 11:21

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib

    20 Dekabr 2025 09:37

    Ançelotti Braziliya millisində qalmağı planlaşdırır

    14 Dekabr 2025 20:50

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    7 Dekabr 2025 13:16

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    “FIFA series” turniri yenidən Azərbaycanda təşkil olunacaq

    23 Noyabr 2025 14:53

    AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib

    22 Noyabr 2025 14:59
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 3 yanvar

    Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

    Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

    Ancelina Coli "Rəfah" keçid məntəqəsini ziyarət edib

    Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

    Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

    Kocaelidə 18 İŞİD üzvü həbs edilib

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    İraq Səddam Hüseyndən sonra: diktaturadan “Frankenşteyn dövlətinə” doğru

    Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.