Əsas səhifə » ABŞ prezidentinin xüsusi nümayəndəsi Ukraynada səfərdədir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Ukraynada səfərdədir

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə səfər edib.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının rəhbəri Andriy Yermak "Telegram" kanalında məlumat yayıb.

"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqu Ukraynada salamlayırıq" – deyə, Yermak bildirib.

Xatırladaq ki, bundan əvvəl Kelloq Rusiyanı Ukraynada dərhal atəşi dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırmışdı. O, eyni zamanda Rusiyanı vaxtı uzatmaqda ittiham etmişdi və Kremlin mətbuat katibi Dmitri Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhlərini "Oruell" adlandırmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice