BAKI, AzerVoice
Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyinin məlumat yayıb.
Ramallahın şimal-şərqindəki Kefr Malik qəsəbəsinin şərqində
yerləşən Ayn Samiya quyularının texniki avadanlıqları İsrailin
hücumları nəticəsində ciddi ziyan görüb.
Səhər saatlarında baş verən hücum zamanı fanatik israillilər su
stansiyalarından birinin qapısını qoparıb və yaxınlıqdakı
təhlükəsizlik kameralarını zədələyiblər.
Qüds Su İdarəsi hücumla bağlı yazılı açıqlama verərək, aramsız hücumlarla bağlı İsrail səlahiyyətlilərinə şikayət etmələrinə baxmayaraq, lazımi tədbirlərin görülmədiyini bildirib. “Hücumlar dayandırılmasa, bölgədə əsl fəlakət baş verəcək” - deyə idarədən xəbərdarlıq edilib.
Qeyd edək ki , Fələstin torpaqlarını ələ keçirən israillilər ötən həftə Ayn Samiya su quyularına da oxşar hücumlar həyata keçiriblər.