Əsas səhifə » İzmirdə meşəlik ərazidə yanğın baş verib

İzmirdə meşəlik ərazidə yanğın baş verib

BAKI, AzerVoice

Türkiyənin İzmir vilayətində yeni yanğın qeydə alınıb.

AzerVoice türk KİV-ə istinadən xəbər verir ki, yanğın İzmirin Urla rayonununda meşəlik ərazidə baş verib.

Hadisə yerinə İzmir Meşə Regional İdarəsinə məxsus dörd təyyarə, 13 helikopter, 34 yanğınsöndürmə maşını, 9 su tankeri, üç buldozer və İzmir Yanğınsöndürmə Xidmətinin heyəti göndərilib.

Jandarma qüvvələri, Urla ilə Bademler məhəlləsi arasındakı avtomobil yolunda təhlükəsizlik tədbirləri görüb.

Hazırda yanğının nəzarət altına alınması üçün həm havadan, həm də qurudan müdaxilə davam etdirilir.

Yanğının çıxma səbəbi naməlumdur.

Digər Kateqoriyalar

2025 © Azervoice