15
BAKI, AzerVoice
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları xüsusi əməliyyat çərçivəsində Rusiya xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər.
AzerVoice xəbər verir ki, bu barədə SBU “Facebook” sosial şəbəkə hasabında məlumat yayıb.
Məlumata əsasən, onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) tapşırığı ilə Kiyevdə SBU polkovnikini qətlə yetirmişdilər.
Qətldə iştirak edənlərin axtarışı üzrə xüsusi əməliyyata şəxsən SBU rəisi, general-polkovnik Vasili Malyuk rəhbərlik edib. Onun sözlərinə görə, FSB-nin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilmişdi və üç gün əvvəl SBU əməkdaşı, polkovnik İvan Voronjiçi qətlə yetirmişdi.