BAKI, AzerVoice
Qərb mediasında yayılan Rusiyanın İrana uranın zənginləşdirilməsindən imtina etməyə dair çağırışı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəsmi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, bu məlumatlar İranın nüvə proqramı ətrafında gərginliyi artırmaq məqsədi daşıyan "çirkli və siyasiləşdirilmiş kampaniyanın" tərkib hissəsidir.
"Biz dəfələrlə qeyd etmişik ki, İranın nüvə proqramı ətrafındakı böhran yalnız siyasi-diplomatik vasitələrlə həll olunmalıdır və bu istiqamətdə qarşılıqlı qəbul edilə bilən çıxış yollarının tapılmasına kömək etməyə hazırıq" – deyə, nazirlikdən bildirilib.
Rusiya XİN əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı bəyanatlarında yalnız məsuliyyətli beynəlxalq tərəfdaş mövqeyi əks olunur və bu mövqe böhranın həllinə yönəlib.
Qeyd edək ki, söhbət "Axios" nəşrinin "Sensasiya: Putin İranı ABŞ-la uranın sıfır səviyyəsində zənginləşdirilməsini nəzərdə tutan sazişi qəbul etməyə çağırır" başlıqlı məqaləsindən gedir.