Əsas səhifə » Tbilisidən Aİ-nin çağırışlarına cavab

Tbilisidən Aİ-nin çağırışlarına cavab

BAKI, AzerVoice

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurası Avropa İttifaqına (Aİ) üzv 17 ölkənin və Böyük Britaniyanın xarici işlər nazirlərinin Gürcüstandakı siyasi vəziyyətin pisləşməsi ilə bağlı yaydıqları birgə bəyanatı mənfi qiymətləndirib.

AzerVoice xəbər verir ki, partiya bu bəyanatı gürcü xalqına və demokratiyasına qarşı ədalətsiz və kobud təzyiq adlandırıb.

Bəyanatda qeyd olunub ki, Gürcü xalqına qarşı bu cür hücumların yeganə səbəbi, onların keçmiş hakim partiya olan “Milli Hərəkat”ın yenidən iqtidara gəlməsinə imkan verməməsidir.

Partiyanın Siyasi Şurası vurğulayıb ki, ölkə milli maraqlarını qorumaqda davam edəcək. Eyni zamanda, partiya ədalət və suverenliyə hörmət əsasında münasibət qurmağa hazır olan istənilən ölkə ilə əməkdaşlığa açıq olduğunu bildirib. Gürcüstanın Avropaya ehtiyacı olduğu qədər, Avropanın da Gürcüstana ehtiyac duyduğu vurğulanıb.

Xatırladaq ki, 11 iyul tarixində Aİ və Böyük Britaniyanın xarici işlər nazirləri Gürcüstanda müxalifət nümayəndələrinin son həbslərini pisləyərək, onların dərhal azad olunmasını tələb etmişdilər.

Digər Kateqoriyalar

2025 © Azervoice