Əsas səhifə » Estoniya ilk dəfə HIMARS-ı real döyüş şəraitində test etdi

Estoniya ilk dəfə HIMARS-ı real döyüş şəraitində test etdi

BAKI, AzerVoice

Estoniya ordusu ilk dəfə olaraq HIMARS reaktiv yaylım atəşi sistemlərindən real döyüş atışlarını həyata keçirib.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin yerli KİV-i məlumat yayıb.

Estoniya Müdafiə Qüvvələrinin (EDF) verdiyi açıqlamaya görə, dörd aylıq təlimdən sonra ordu cümə günü HIMARS raketləri ilə ilk dəfə real döyüş şəraitində atışlar edib. Hər bir raketin 15 kilometrə qədər məsafədəki kiçik ölçülü hədəfləri dəqiq vurduğu bildirilib.

Müdafiə qurumları bu hadisəni tarixi bir hadisə adlandırıblar.

Qeyd edək ki, bu ilin aprel ayında Estoniyaya Emari Hərbi Hava Bazası vasitəsilə ABŞ istehsalı olan altı HIMARS yaylım atəşi qurğusu çatdırılmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice