9
BAKI, AzerVoice
Fransanın Yuxarı Korsika və Cənubi Korsika departamentlərində fırtınalara görə narıncı təhlükə səviyyəsi elan edilib.
AzerVoice xəbər verir ki, bu barədə Fransanın meteoroloji xidməti məlumat yayıb.
Məlumata əsasən, fırtınanın bu gün yerli vaxtla saat 09:00 ilə 12:00 arasında başlaması gözlənilir.
Bildirilib ki, fırtınalar sahil və dağlıq ərazilərdə saatda 100 kilometrdən çox sürətlə əsən küləklə müşayiət oluna bilər. Eyni zamanda dolu yağması da mümkündür.