Əsas səhifə » Britaniyada aksiyalar fonunda 70-dən çox etirazçı saxlanılıb

Britaniyada aksiyalar fonunda 70-dən çox etirazçı saxlanılıb

BAKI, AzerVoice

Böyük Britaniyada "Palestine Action" hərəkatının qadağan edilmiş təşkilatlar siyahısına salınmasına qarşı London, Mançester və Kardiff şəhərlərində keçirilən etiraz aksiyaları zamanı 70-dən çox nümayişçi saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hüquq-mühafizə orqanları məlumat yayıblar.

Məlumata görə, Londonda qadağan olunmuş təşkilata dəstək verdiyinə görə 41 nəfər saxlanılıb. Həmçinin, bir nəfər polis əməkdaşına hücum etdiyi üçün həbs olunub. Mançesterdə "Palestine Action"a dəstək məqsədilə keçirilən oxşar aksiya zamanı isə antiterror qanunu çərçivəsində 16 nəfər saxlanılıb. BBC-nin məlumatına əsasən, Kardiffdə hüquq-mühafizə orqanları 13 nümayişçini həbs edib.

Qeyd edək ki, iyulun 5-də “Palestine Action” təşkilatı Birləşmiş Krallıqda qadağan edilmiş qurumlar siyahısına daxil edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice