9
BAKI, AzerVoice
ABŞ-ın İndiana ştatının paytaxtı olan İndianapolis şəhərində silahlı atışma baş verib.
AzerVoice xəbər verir ki, bu barədə "NBC News" telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata əsasən, atışma nəticəsində iki yeniyetmə həlak olub, beş nəfər yaralanıb.
"Ən azı yeddi nəfər atəş nəticəsində xəsarət alıb, onlardan ikisi ölüb" – deyə, məlumatda bildirilib.
Yeniyetmələrdən biri hadisə yerində, təcili yardım gəlməmişdən əvvəl həlak olub. Polis hələlik baş verənlərlə bağlı heç bir əlavə təfərrüat açıqlamayıb.