7
BAKI, AzerVoice
Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper, islamçı ekstremizm və sağçı radikalizmin hələ də ölkə üçün “ən böyük təhdid” olduğunu bildirib.
AzerVoice xəbər verir ki, bu barədə İvet Kuper açıqlama verib.
“Ekstremizmlə mübarizə proqramı ‘Prevent’ (qarşısını alma) indi hər zamankindən daha vacibdir” - deyə, nazir vurğulayıb.
“Ölkənin dörd bir yanındakı icmalar nifrətin qalib gəlməsinə imkan verməmək əzmindədir. İslamçı ekstremist terrorizm hələ də əsas təhdid olaraq qalır, onu isə sağçı ekstremizm izləyir. Lakin biz eyni zamanda düşmən dövlətlərdən gələn təhdidlər, ciddi təşkilatlanmış cinayətkarlıq, kibercinayətkarlar və internetdə radikallaşan fərdlərin artması ilə də üz-üzəyik” - deyə, o əlavə edib.