BAKI, AzerVoice
İlon Mask iyulun 5-də özü tərəfindən təsis edilən “Amerika” partiyasının qurultayında “əyləncə” vəd edib.
AzerVoice xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Mask izləyicilərindən partiyanın ilk görüşünün nə vaxt və harada keçirilməli olduğunu da soruşub.
Qeyd edək ki, Mask daha əvvəl “Amerika” adlı yeni siyasi partiyanın yaradıldığını açıqlamışdı. Onun sözlərinə görə, bu partiyanın məqsədi ABŞ-da mövcud olan “vahidpartiyalı sistemi” sarsıtmaqdır.
Mask iyulun 5-də partiyanın yaradıldığını elan etdikdən sonra keçirdiyi səsvermədə iştirak edənlərin 65,4 faizi partiyanın yaradılmasını dəstəkləyib, 34,6 faizi isə əleyhinə çıxış edib.
Maskın sözlərinə görə, “Amerika” partiyasının əsas məqsədi xalqın iradəsini ifadə etmək və ABŞ Konqresinə daxil olaraq orada bir neçə yer qazanmaq olacaq.