BAKI,AzerVoice
ABŞ-ın Ukraynaya dayandırdığı silahlar arasına Patriot və Stinger daxil olub.
AzerVoice xəbər verir ki, Patriot raketləri və Stinger hava hücumundan müdafiə sistemləri (PVO) də daxil olmaqla bir sıra silah və sursatların tədarükü dayandırılıb.
Patriot raketlərini və Stinger hava hücumundan müdafiə sistemlərini (PVO) də daxil olmaqla ABŞ-ın Ukraynaya dayandırdığı tədarüklər açıqlanıb.
Dayandırılmış tədarüklər arasında Patriot raketləri, Stinger PVO sistemləri, idarə olunan artilleriya mərmiləri, F-16 döyüş təyyarələri və Nasam sistemləri üçün döyüş sursatları yer alır. Bundan əlavə, 100-dən çox Hellfire raketi, 250-dən çox GMLRS uzaq məsafəli dəqiq zərbələr üçün mərmi və AT4 tipli tank əleyhinə sistemlərin tədarükü də dayandırılıb.
Lakin bəzi silah növlərinin tədarükünün davam etdiyi vurğulanıb.