Əsas səhifə » Rusiya, Ukraynaya 550 PUA və raketlə genişmiqyaslı hücum edib

Rusiya, Ukraynaya 550 PUA və raketlə genişmiqyaslı hücum edib

BAKI, AzerVoice

Rusiya, səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə 550 pilotsuz uçuş aparatı (PUA) və raketlə genişmiqyaslı hava hücumu həyata keçirib.

AzerVoice xəbər verir ki, ən ağır zərbə yenə də paytaxt Kiyevə vurulub. Kiyev Şəhər Bələdiyyə Başçısı Vitali Kliçko, hücum nəticəsində ən azı 23 nəfərin yaralandığını, 14-nün isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Şəhərə 9 raket və 63 PUA birbaşa zərbə endirib, 8 bölgədə ciddi maddi zərər yaranıb. Hücumların təsirləri 30-dan çox fərqli nöqtəyə yayılıb. Kənd təsərrüfatı və mülki infrastruktura ciddi ziyan dəyib, böyük yanğınlar baş verib. Hava keyfiyyəti pisləşib və əhaliyə pəncərələri bağlamağa çağırılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a Rusiyaya qarşı daha güclü sanksiyalar tətbiq etməyi çağırıb.

"Rusiya müharibəni və terroru bitirmək niyyətində deyil, bu artıq bir daha aydın oldu"- deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice