Əsas səhifə » İstanbul Havalimanı, Avropa Hava Limanları Arasında Birinci Sırada

İstanbul Havalimanı, Avropa Hava Limanları Arasında Birinci Sırada

BAKI, AzerVoice

İstanbul Havalimanı, Avropanın ən çox uçuş həyata keçirilən hava limanı olma mövqeyini bir daha qorudu.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur Naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL), Avropa Hava Yolu Baxışı hesabatını qiymətləndirərkən, İstanbul Havalimanının gündəlik ortalama 1,553 uçuşla bir daha Avropanın ən sıx hava limanı olduğunu açıqladı. Həmçinin, Antalya Havalimanı gündəlik ortalama 996 uçuşla 10-cu sırada yer aldı.

Uraloğlu, 23-29 İyun 2025 dövrünü əhatə edən hesabatda, Türkiyənin günlük ortalama 3 min 992 uçuşla Avropada ən sıx hava nqəliyyat həcminə sahib 6-cı ölkə olduğunu vurğuladı. O, həmçinin COVID-19-dan əvvəlki dövrə nisbətən uçuş sayısının 15 faiz artdığını qeyd edərək, Türkiyənin yalnız bir tranzit ölkə deyil, həm də regional və qlobal bir mərkəz halına gəldiyini bildirdi.

İstanbul Havalimanı, Paris Charles de Gaulle, Frankfurt və Londra Heathrov hava limanlarını geridə qoyaraq, Avropadakı ən çox uçuş həyata keçirilən hava limanı olma mövqeyini bir daha qorudu. Uraloğlu, həmçinin, İstanbul Havalimanının dünya miqyasında 25 hava limanı arasında 7-ci sırada yer aldığını da əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice