BAKI,
AzerVoice
Ukraynadakı vəziyyət diplomatik yollarla həll olunmayacaq.
AzerVoice xəbər verir ki, Kreml
Ukrayna ilə bağlı son açıqlamasında Rusiyanın hədəflərinə siyasi
vasitələrlə çatmağın hazırda mümkün olmadığını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd
edib: “Biz məqsədlərimizə diplomatik yollarla çatmaq istərdik.
Lakin hazırda bu, mümkün deyil, buna görə də xüsusi hərbi əməliyyat
davam etdiriləcək”.
Peskovun bu bəyanatı ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında cümə axşamı baş tutan bir saatlıq telefon danışığından sonra verilib. Görüş zamanı Putin Ukrayna müharibəsində Rusiya üçün əsas olan məqsədlərin dəyişməz qaldığını vurğulayıb.
Britaniya mətbuatına görə, Putin Trampı 4 iyul – ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib və ABŞ-ın yaranmasında Rusiyanın da payı olduğunu iddia edib.
Qeyd edək ki, bu, Trampın ikinci prezidentlik dövründə Putinlə altıncı telefon danışığıdır. Rusiya lideri Ukraynada münaqişənin səbəblərinin aradan qaldırılmasında qərarlı olduğunu bildirib.