Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Yaponiyada 11 gündə 911 zəlzələ qeydə alınıb

    2 İyul 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yaponiyada 11 gün ərzində 911 zəlzələ qeydə alınıb.

    AzerVoice xəbər verir ki, Yaponiyanın cənub-qərbində yerləşən Tokara arxipelaqında cəmi 11 gün ərzində 911 zəlzələ baş verib.

    Yaponiya Meteorologiya Agentliyi (JMA) iyunun 21-dən iyulun 2-dək bölgədə maksimum 5,6 bal gücündə yeraltı təkanlar qeydə alındığını açıqlayıb.

    Zəlzələlərin 610-u 1 bal və yuxarı, 220-si 2 bal və yuxarı, 60-ı isə 3 bal və yuxarı gücdə olub. Yalnız 5 baldan yuxarı olan zəlzələlərin sayı isə 3 dəfə təşkil edib. Agentlik zəlzələlərin səbəbinin hələlik məlum olmadığını bildirir.

    JMA rəsmisi Kiyomoto Masaşi bölgədə sunami riski ehtimalına diqqət çəkərək, yeraltı təkanların dərinliyinin 10-20 kilometr aralığında olduğunu və bu tip zəlzələlərin təhlükə yaratdığını bildirib. O, əhalini ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqlara ciddi yanaşmağa çağırıb.

    Kumamoto Universitetindən dəniz dibi topoqrafiyası üzrə mütəxəssis Dos. Prof. Dr. Yokose Hisayoşi isə NHK-yə açıqlamasında bölgədə üç aktiv fay xəttinin olduğunu və zəlzələlərin bir neçə həftə davam edə biləcəyini deyib: “Əhali daha böyük bir zəlzələyə qarşı hazır olmalıdır.”

    Arxipelaqdakı Akuseki adasında yaşayan İsamu Sakamoto “Japan Times” qəzetinə açıqlamasında, artan zəlzələ tezliyinə görə iş fəaliyyətini dayandırdığını və güclü zəlzələ qorxusunun ciddi narahatlıq yaratdığını bildirib. “Əvvəlcə güclü bir səs gəlir, sonra yer titrəməyə başlayır. Bu, sarsıdıcı bir təcrübədir,” – deyə o bildirib.

    Qeyd edək ki, Tokara arxipelaqında təxminən 670 nəfər yaşayır. 2023-cü ilin sentyabrında bu bölgədə 346, 2021-ci ilin dekabrında isə 308 zəlzələ baş vermişdi. Bu dəfəki göstərici isə rekord sayılır və regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

    #zəlzələ #Yaponiya #Təbii Fəlakət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #seysmik hadisələr #Yaponiyada zəlzələ #zəlzələ fay xətti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Yaponiya Honkonqu işğal edib

    18 Dekabr 2025 09:00

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56

    Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib

    9 Dekabr 2025 10:03

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev

    Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır

    Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    Türkiyənin Güllük limanı 5 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İsrail döyüş təyyarələri Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib

    TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov

    Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb

    Türkiyədən Özbəkistana tekstil ixracı azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.