Əsas səhifə » MAQATE-nin ikili standart mövqeyi regional təhlükəsizlik üçün problem yaradır - Pezeşkian

MAQATE-nin ikili standart mövqeyi regional təhlükəsizlik üçün problem yaradır - Pezeşkian

BAKI, AzerVoice

İran prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə faylı ilə bağlı “ikili standart” mövqe sərgilədiyini iddia edərək, bu yanaşmanın regional və dünya təhlükəsizliyini təhdid etdiyini bildirib.

AzerVoice xəbər verir ki, Təsnim xəbər agentliyinin məlumatına görə, Pezeşkiyan Fransız həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

Görüşdə Pezeşkiyan bildirib ki, “İran hökuməti, parlamenti və xalqı Ümumdünya Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Katibinin, bütün əməkdaşlığa baxmayaraq, nüvə dosyamıza qarşı qərəzli davrandığını düşünür. MAQATE-nın ikili standartlı mövqeyi regionun təhlükəsizliyi üçün problem yaradır.”

O əlavə edib ki, İranın nüvə fəaliyyəti MAQATE yoxlamaları və aktiv nəzarət kameralarının iştirakı ilə həyata keçirilir. “Buna baxmayaraq, İsrail nüvə obyektlərimizə qarşı sabotajlar həyata keçirib və ardınca ABŞ hərbi hücumlar edib. MAQATE isə bu qanunsuz hərəkətləri pisləmək yerinə, sanki onları haqlı çıxarmağa çalışır.”

İran Prezidenti Pezeşkiyan “Agentlik ölkələrin haqlarına hörmət etməli, ayrı-seçkilikdən çəkinməli və üzv dövlətlərin legitim hüquqlarını müdafiə etməlidir” - deyə qeyd edib.

Fransa Prezidenti Makron isə görüşdə İsrailin hücumlarında həyatını itirən İran vətəndaşlarına başsağlığı verib.

Makron bildirib: “Fransa, ABŞ və İsrailin İran üzərində hərbi hücumlarını pisləyən ilk ölkələrdən biri olub. İsrail Baş Nazirinın qarşısında açıq şəkildə bildirdik ki, İranın nüvə dosyasına müdaxilə etmək üçün bu rejimin heç bir legitim və ya hüquqi mövqeyi yoxdur.”

Digər Kateqoriyalar

2025 © Azervoice