BAKI,
AzerVoice
İsrail yüksək səviyyəli rəsmilərə təhdid mesajları göndərib.
AzerVoice xəbər verir ki, İranın dini
lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş
sədri Əli Laricani, İsrailin son hücumlar zamanı İranın siyasi və
hərbi rəhbərliyinə təhdid mesajları göndərdiyini açıqlayıb.
Dövlət televiziyasında çıxış edən Laricani bildirib ki, İsrailin əsas məqsədi yalnız hərbi obyektlərə deyil, eyni zamanda ölkənin ali rəhbərliyinə yönəlmiş psixoloji hücumla dövlət sistemini çökdürmək olub.
“Onlar rəhbər şəxslərin bir araya gəldiyi vaxtı seçərək hücum etməklə rəhbərliyi sıradan çıxarmaq və dövlət strukturunu sarsıtmaq planı qurmuşdular,” – deyə Laricani qeyd edib.
O, özünün də İsraildən təhdid mesajı aldığını vurğulayıb.
“Tehranı tərk etmək üçün 12 saat vaxtım olduğu bildirildi. Əks halda, mərhum komandir Qulaməli Rəşid və general-mayor Məhəmməd Baqeri ilə eyni aqibəti paylaşacağım deyildi. Mən isə Netanyahuya layiqincə cavab verdim.” - deyə o bildirib.
Laricani həmçinin bildirib ki, İsrail və ABŞ İran xalqının təzyiq qarşısında hökumətdən üz döndərəcəyini zənn etsələr də, xalqın birliyi və müqaviməti bu strategiyanı puça çıxarıb.
Qeyd edək ki, İsrailin son hərbi əməliyyatları fonunda Yaxın Şərqdə gərginlik artır, tərəflər isə qarşılıqlı hədə mesajları və ittihamlarla çıxış edirlər.