Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İrana heç nə təklif etmədik - Tramp

    30 İyun 2025 13:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İrana heç nə təklif etmədim, hücumlardan sonra danışmadıq.

    AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hava hücumları ilə bağlı yeni açıqlama verib.

    O, Truth Social platformasında paylaşdığı bəyanatında Tehran rəhbərliyinə “heç bir təklif etmədiyini” və hücumdan sonra qarşı tərəflə heç bir əlaqə qurulmadığını bildirib.

    ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirdiyi bildirilən hava əməliyyatına dair Tramp Demokrat senator Chris Coons-un “hücum uğursuz olub” fikrini rədd edib və nüvə obyektlərinin tamamilə məhv edildiyini iddia edib.

    “Obama rejiminin milyonlarla dollar verərək imzaladığı köhnəlmiş JCPOA-dan fərqli olaraq, biz onlara heç nə vermədik, əvəzində nüvə infrastrukturlarını tamamilə sıradan çıxardıq”, – deyə Tramp bildirib.

    Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin isə Konqresə təqdim etdiyi hesabatda İranın hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini, nüvə proqramının isə “bərpası çətin olan” şəkildə zədələndiyini bildirdiyi iddia olunub. Ratkliffin fikrincə, bu vəziyyətdə İranın nüvə silahı istehsal etmək qabiliyyəti xeyli zəifləyib və gələcəkdə İsrailin də bu proqramı izləyib qarşısını alma imkanları artıb.

    Digər tərəfdən, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani CBS kanalında çıxış edərək, Tehranın uranın zənginləşdirilməsini dayandırmayacağını açıqlayıb. “Bu, bizim haqqımızdır. Nüvə silahı olmayan ölkələr bu texnologiyadan sülh məqsədilə istifadə edə bilər”, – deyə İrəvani bildirib.

    Qeyd edək ki, son hücumların İranın Natanz nüvə obyektinə yönəldiyi və peyk görüntülərində ciddi dağıntılar olduğu bildirilir. ABŞ-İran münasibətləri növbəti dəfə gərgin dövrə qədəm qoyub.

    #İran #BMT #ABŞ #Donald Tramp #Tehran #Uran zənginləşdirilməsi #İran-ABŞ münasibətləri #ABŞ-İran münasibətləri #İranın uran zənginləşdirməsi #sosial media platforması Truth #İran–ABŞ danışıqları #İranın uran zənginləşdirmə siyasəti #Nətənz nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran

    8 Noyabr 2025 11:55

    Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib

    7 Noyabr 2025 22:01

    Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxış edib

    7 Noyabr 2025 14:29

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

    7 Noyabr 2025 10:53

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    7 Noyabr 2025 06:58

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34
    Demo
    XƏBƏR LENTİ

    Bakıda Vətən Müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilir (CANLI)

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

    İsrail daxildən dağılır – Ehud Barakdan sərt xəbərdarlıq

    Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər

    Yoga Dubayda yeni həyat tərzinə çevrilir

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

    İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.