Əsas səhifə » “New Shepard” raketinin kapsulu suborbital uçuşdan sonra yerə enib

“New Shepard” raketinin kapsulu suborbital uçuşdan sonra yerə enib

BAKI, AzerVoice

Amerikalı “Blue Origin” şirkətinin istehsal etdiyi çoxistifadəli “New Shepard” raketinin kapsulu, bu gün altı nəfərlik heyətlə birlikdə həyata keçirdiyi suborbital uçuşdan sonra ABŞ-ın Texas ştatının qərbində uğurla yerə enib.

AzerVoice xəbər verir ki, bu barədə şirkətin verdiyi məlumatda deyilir.

Məlumata görə, iştirakçılar arasında qeyri-kommersiya təşkilatı olan “Siyasətdənkənar təbiət”in idarə heyətinin üzvü Elli Kyuner və onun həyat yoldaşı, “Building and Land Technology” şirkətinin idarə heyətinin sədri Karl Kyuner də olub. Onlarla birlikdə filantrop və keçmiş nəqliyyat şirkətləri rəhbəri Leland Larson, biznesmen Freddi Reskinyo, hüquqşünaslar Ovolabi Salis və Cim Sitkin də uçuşa qatılıb.

Raket Texas ştatının qərbində yerləşən Van Horn şəhəri yaxınlığındakı “Corn Ranch” adlı start meydançasından yerli vaxtla saat 10:41-də (Bakı vaxtı ilə 18:41-də) buraxılıb. Uçuş ümumilikdə 10 dəqiqə davam edib.

Digər Kateqoriyalar

2025 © Azervoice