Əsas səhifə » Fransada ölkənin NATO-dan çıxması tələbilə etiraz aksiyası keçirilib

Fransada ölkənin NATO-dan çıxması tələbilə etiraz aksiyası keçirilib

BAKI, AzerVoice

Fransanın paytaxtı Parisdə bir qrup etirazçı NATO-dan çıxma və Ukraynaya silah göndərişlərinə son qoyulması tələbilə aksiya keçirib.

AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər NATO bayrağını cıraraq alyansa qarşı narazılıqlarını sərt şəkildə ifadə ediblər.

Aksiyanın təşkilatçısı, sağçı “Patriotes” (Vətənpərvərlər) partiyasının lideri Florian Filippot çıxışında deyib: “Fransa tam müstəqil olmalıdır: NATO-dan çıxmalı, Avropa İttifaqından ayrılmalıdır.” O, həmçinin Avropa və Fransanı “daimi müharibə xülyalarından” əl çəkməyə və Ukraynaya maliyyə axınını dayandırmağa çağırıb.

Pale-Royal meydanında, Luvr yaxınlığında baş tutan nümayişdə yüzlərlə insan iştirak edib. Etirazçılar “NATO-ya yox”, “Sülh üçün Vətənpərvərlər”, “Ukrayna üçün ölmək istəmirik”, “Ukraynaya tanklara və dronlara yox”, “Ukraynada narkotiklərə və bombalara yox” şüarları yazılmış plakatlar qaldırıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice