BAKI,AzerVoice
Rusiya, İstanbulda Ukrayna ilə əldə olunmuş razılaşmalar çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus həlak olmuş hərbçilərin cəsədlərinin təhvil verilməsi prosesini tam şəkildə icra edir.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski açıqlama verib.
Bəzi KİV-lərdə Rusiya tərəfindən Ukraynaya 6 mindən çox meyitin təhvil verilməsi prosesində guya onların rus hərbçilərinin meyitləri ilə əvəzlənməsi ilə bağlı iddialar yayılıb. Medinski bu iddiaları təkzib edib.
“Bir daha vurğulayıram: Rusiya əldə olunan bütün razılaşmaları yerinə yetirir. Ukraynaya 6 060 nəfər USQ hərbçisinin cəsədi təhvil verilib, bizə isə 78 rus hərbçisinin meyiti qaytarılıb. Nisbəti şərh etməyəcəyik. Hər bir ölüm faciədir”- deyə Medinski Ukraynanın iddialarına münasibət bildirərək qeyd edib.