Əsas səhifə » Macarıstan Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır – Siyarto

Macarıstan Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır – Siyarto

BAKI, AzerVoice

Budapeşt Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır və bu təklif hələ də qüvvədədir.

AzerVoice xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verərkən bildirib.

Onun sözlərinə görə, o vaxtilə Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna prezidentinin ofisi ilə əlaqə saxlayaraq, Macarıstanın istənilən danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

“Bu təklif qüvvədədir, biz onu geri çəkməmişik. Hər kəs bunu bilir. Əgər bu məsələdə faydalı ola biləriksə, o zaman biz hazırıq” - deyə, Siyarto bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice