BAKI, AzerVoice
Tehran xalqı etdiklərinin bədəlini ödəyəcək.
AzerVoice xəbər verir ki, İsrailin
müdafiə naziri Yisrael Katz sosial media hesabında İranı və
xüsusilə də Tehran əhalisini hədəfə alan sərt bəyanatla çıxış
edib.
O, İranın İsraildə mülki şəxsləri hədəf aldığını iddia edərək,
“Tehranlılar tezliklə bunun bədəlini ödəyəcək” ifadəsini
işlədib.
Nazir Katz paylaşımında həmçinin İranın ali lideri Əli Xameneini hədəf alaraq, hücumlara cavab olaraq mülki insanların seçilməsini qəbuledilməz adlandırıb. Onun bu açıqlaması beynəlxalq aləmdə narahatlıqla qarşılanıb.
Qeyd edək ki, İsrailin iyunun 13-də İrana qarşı başladığı hücumlarda bir sıra strateji nüvə obyektləri, eləcə də İran ordusunun yüksək rütbəli komandirləri və 9 nüvə alimi hədəfə alınıb. Hücum nəticəsində ümumilikdə 224 nəfərin həlak olduğu açıqlanıb. İran isə cavab olaraq İsrailə ballistik raketlərlə zərbələr endirib, nəticədə 21 nəfər ölüb, 400-dən çox insan yaralanıb.
Hadisələrlə bağlı Türkiyə başda olmaqla bir çox ölkə İsrailin hərbi əməliyyatlarını kəskin şəkildə qınayıb.