Əsas səhifə » ABŞ-ın İrana edilən son hücumla heç bir əlaqəsi yoxdur - Tramp

ABŞ-ın İrana edilən son hücumla heç bir əlaqəsi yoxdur - Tramp

BAKI, AzerVoice

ABŞ-ın İsrailin İrana son hücumu ilə heç bir əlaqəsi yoxdur.

AzerVoice xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Trampın Truth Social platformasında verdiyi açıqlamada yer alıb.

“ABŞ-ın bu gün İrana edilən hücumla heç bir əlaqəsi yoxdur. Lakin biz İran və İsrail arasında asanlıqla bir razılaşma əldə edib bu qanlı münaqişəyə son qoya bilərik” - deyə, açıqlamada bildirilib.

O, həmçinin əlavə edib ki, əgər İran hər hansı formada ABŞ-a hücum edərsə, o zaman Amerikanın silahlı qüvvələrinin “indiyə qədər görünməmiş miqyasda” və tam gücü ilə qarşılıq verəcəyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice