Əsas səhifə » Tehranda nəqliyyat iflic vəziyyətdə: İran vətəndaşları Tehranı tərk edir

Tehranda nəqliyyat iflic vəziyyətdə: İran vətəndaşları Tehranı tərk edir

BAKI, AzerVoice

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda paytaxt Tehranda, şəhəri tərk edən iran vətəndaşlarına görə tıxac yaranıb.

AzerVoice xəbər verir ki, Tehranda nəqliyyat demək olar ki, iflic vəziyyətə düşüb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice