BAKI, AzerVoice
İran, İsrailin silah istehsalı ilə məşğul olan "Rafael" adlı şirkətinə məxsus hərbi zavodu vurub.
AzerVoice xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Zavodun harada yerləşdiyi və dağıntının miqyası barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.