14
BAKI, AzerVoice
İran hakimiyyəti bütün daxili və beynəlxalq aviareyslərin ləğvini 16 iyun yerli vaxtla saat 02:00-dək (Bakı vaxtı ilə 02:30) uzatmaq qərarına gəlib.
AzerVoice xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İranın Mülki Aviasiya İdarəsi bu qərarı xüsusi aviasiya xəbərdarlığı olan NOTAM vasitəsilə rəsmiləşdirib. Təhlükəsizlik səbəbi ilə tətbiq olunan məhdudiyyətlər hələlik həmin vaxta qədər qüvvədə qalacaq.