Əsas səhifə » ABŞ-ın İrana qarşı İsrail ilə koordinasiyasını təkzib etdiyi bəyanatları reallığı əks etdirmir - Əraqçi

ABŞ-ın İrana qarşı İsrail ilə koordinasiyasını təkzib etdiyi bəyanatları reallığı əks etdirmir - Əraqçi

BAKI, AzerVoice

İran, ABŞ-ın İranın nüvə obyektlərinə edilən hücumlarla əlaqəsinin olmadığına dair bəyanatlarına inanmır.

AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

“Son iki gün ərzində ABŞ müxtəlif kanallar vasitəsilə bizə bu hücumda iştirak etmədiyini və etməyəcəyini bildirib. Lakin mənim də dediyim kimi, bu bəyanatlara inanmırıq. Çünki əlimizdə olan sübutlar əksini göstərir” – deyə, nazir vurğulayıb.

Əraqçi, həmçinin qeyd edib ki, İsrailin İrana etdiyi hücum Tehranın və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı aparılan danışıqları pozmaq məqsədi daşıyır.

“Bu addımlar diplomatiyanı və danışıqları sabotaj etmək üçün atılıb. Təəssüf edirik ki, ABŞ da bu cür hərəkətlərə qoşulub” – deyə, Əraqçi bildirib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice