BAKI, AzerVoice
İsrail ordusu Tehranda yerləşən yaşayış binasına zərbə endirib.
AzerVoice xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində azı beş nəfər həlak olub.
Bildirilib ki, hücum edilən bina sıx məskunlaşmış ərazidə yerləşir. Buna görə də ölən və yaralananların sayının artma ehtimalı yüksəkdir.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.