Əsas səhifə » İsrail İran XİN-ə məxsus binanı vurub

İsrail İran XİN-ə məxsus binanı vurub

BAKI, AzerVoice

İsrail, İran Xarici İşlər Nazirliyinə məxsus binalardan birinə zərbə endirib.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə məlumat verib.

“İsrail, İran Xarici İşlər Nazirliyinə məxsus binalardan birinə qəsdən və amansız şəkildə zərbə endirib. Bir neçə mülki şəxs, o cümlədən bir sıra həmkarlarım yaralanıb” – deyə o, X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice