Əsas səhifə » Almaniya Ukraynaya 1,9 milyard avro dəyərində hərbi yardım ayıracaq

Almaniya Ukraynaya 1,9 milyard avro dəyərində hərbi yardım ayıracaq

BAKI, AzerVoice

Almaniya Ukraynaya 1,9 milyard avro dəyərində hərbi yardım ayırmağı planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra verdiyi açıqlamada bildirib.

“Biz bu ilə Ukraynaya 4 milyard avro yardım planı ilə başladıq. Son aylarda bu yardımı 7 milyard avroya qədər artırdıq. İndi isə əlavə olaraq 1,9 milyard avro daha əlavə etmək istəyirik, lakin bu hələ yekun qərar deyil” - deyə, o qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice