Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrailin Qəzzadakı aclıq siyasəti müharibə cinayətidir - İsveç

    12 İyun 2025 16:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard İsrailin Qəzzaya humanitar yardımlara maneə yaratmasını və yardım məntəqələrini hədəfə almasını müharibə cinayəti kimi dəyərləndirib.

    AzerVoice xəbər verir ki, Fransız Mətbuat Agentliyinin (AFP) yaydığı məlumata əsasən, nazir bildirib ki, “mülki əhalini aclıq vasitəsilə təzyiq altında saxlamaq müharibə cinayətidir və humanitar yardımları heç vaxt silaha çevrilməməlidir.“

    Stenerqard əlavə edib ki, İsrailin beynəlxalq humanitar hüquqa riayət etmədiyinə dair ciddi siqnallar var.

    Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk və "Amnesty International" kimi beynəlxalq hüquq təşkilatları da İsrailin Qəzzadakı fəaliyyətlərini müharibə cinayəti və hətta soyqırımı aktları kimi dəyərləndiriblər.

    İsveç hökuməti UNRWA ilə əməkdaşlığı dayandırsa da, yardımlarını digər BMT qurumları vasitəsilə davam etdirir. İsveçin beynəlxalq inkişaf naziri Benjamin Dosa bildirib ki, ölkəsi hazırda Qəzzaya yardım göstərən aparıcı donorlardan biridir – 2023-cü ilin oktyabrından bu yana göstərilən yardımın məbləği 105 milyon dolları keçib. 2025-ci il üçün isə 75 milyon dollarlıq yardım planlaşdırılır.

    #İsrail #Qəzza zolağı #BMT #İsveç #UNRWA #humanitar yardım #Beynəlxalq humanitar yardım #Amnesty İnternational
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    İran MAQATE rəhbərini BMT Baş katibi vəzifəsinə uyğun hesab etmir

    16 Dekabr 2025 12:37

    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

    16 Dekabr 2025 12:12

    Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub

    16 Dekabr 2025 10:26

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    15 Dekabr 2025 17:52

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    15 Dekabr 2025 09:51

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    14 Dekabr 2025 15:17

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03
    Demo
    XƏBƏR LENTİ

    İraq müharibəsindən sonra dövlət institutlarının transformasiyası və regional təsirlər

    HƏMAS Netanyahunun Məscid-i Əqsa ilə bağlı addımına reaksiya verib

    Tarixdə bu gün – 17 Dekabr

    Rusiyada Deutsche Welle arzuolunmaz təşkilatlar siyahısına daxil edilib

    35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

    BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

    Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

    Qış şəraiti Ukrayna üçün ciddi problem yarada bilər - Zelenski

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.