Əsas səhifə » Fransa xarici ziyarətçilərə qarşı qiymət fərqi tətbiq edəcək

Fransa xarici ziyarətçilərə qarşı qiymət fərqi tətbiq edəcək

BAKI, AzerVoice

Fransa Aİ xaricindən gələn ölkələrin turistləri üçün muzey qiymətlərini artıracaq.

AzerVoice xəbər verir ki, Fransada gələn ildən etibarən Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün muzeylərə giriş haqları artırılacaq.

“Le Monde” qəzetinin məlumatına görə, Parisdə yerləşən Luvr Muzeyində Aİ xaricindən gələn turistlər üçün giriş bileti hazırkı 21 avrodan 30 avroya yüksəldiləcək. Mədəniyyət Nazirliyindən sızan məlumatlara əsasən, bu artım digər tarixi və mədəni obyektlərə də şamil ediləcək.

Qeyd edək ki, giriş haqlarında AB və qeyri-AB vətəndaşları arasında fərqlərin tətbiqi Luvrdan əlavə olaraq Versal Sarayı, Şambor Şatosu, Zəfər Tağı və Opera Qarnye kimi məşhur turistik məkanlara da təsir edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice