Əsas səhifə » Air India təyyarəsi tələbə yataqxanasına çırpılıb

Air India təyyarəsi tələbə yataqxanasına çırpılıb

BAKI, AzerVoice

Hindistanda Air India aviaşirkətinə məxsus AI 171 reysi ilə uçan Boeing 787 Dreamliner model təyyarə Əhmədabad Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq BJ Tibb Kollecinin yataqxanasına çırpılıb.

AzerVoice xəbər verir ki, hadisə zamanı yataqxanada nahar vaxtı olduğundan çox sayda gənc həkim binada olub və bəziləri canlarını qurtarmaq üçün yuxarı mərtəbələrdən tullanıblar.

Hadisə şahidləri və yerli rəsmilərin bildirdiyinə görə, binanın bir hissəsi ciddi zədələnib, çoxlu sayda yaralı var. Hökumət rəsmiləri və təcili tibbi yardım qrupları dərhal hadisə yerinə cəlb olunub.

Tələbələrin ailələri də hadisə yerinə axışıb. ANI kanalına danışan bir ana, oğlunun ikinci mərtəbədən atılaraq sağ qaldığını deyib. Yerli siyasətçi Darşna Vaqela isə qəzanın güclü zərbə ilə baş verdiyini və çox sayda həkimin dağıntılar altından xilas edildiyini bildirib.

Qeyd edək ki, Bütün Hindistan Tibb Assosiasiyaları Federasiyasının (FAIMA) nümayəndəsi Dr. Akshay Donardhive qəza nəticəsində 20-30 tələbənin yaralanmış ola biləcəyini açıqlayıb. Hadisənin səbəbləri araşdırılır və Air India şirkətindən rəsmi açıqlama gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice