Əsas səhifə » İsrail saxladığı türk fəalları azad edib

İsrail saxladığı türk fəalları azad edib

BAKI, AzerVoice

İsrailin saxladığı türk fəallar sərbəst buraxılıb - Madleen gəmisində olanlar deportasiya olunur.

AzerVoice xəbər verir ki, Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisində olan və İsrail tərəfindən saxlanılan türkiyəli Şuayb Ordu və Türkiyə əsilli Almaniya vətəndaşı Yasemin Açar sərbəst buraxılıb.

Onlar Tel-Əvivin Ben Qurion hava limanından Türkiyəyə qayıtmaq üçün yola düşüblər.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ümumilikdə 72 saatdan çox müddətə saxlanılan 6 fəal bu gün günorta saatlarında deportasiya üçün hava limanına gətirilib. Onlar arasında Hollandiyadan Mark van Rennes, Braziliyadan Tiaqo Avila, Fransadan Reva Viard və Avropa Parlamentinin fransalı üzvü Rima Həsən də yer alıb.

Fransalı fəallar Paskal Maurieras və Yanis Mhamdinin isə sabah deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, 18 metrlik “Madleen” gəmisi iyunun 1-də İtaliyanın Kataniya şəhərindən Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxmışdı. Lakin İsrail ordusu iyunun 9-da səhər saatlarında gəmini saxlayaraq göyərtəsindəki 12 könüllünü həbs etmişdi. Onlardan 4 nəfər artıq iyunun 10-da deportasiya edilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice