30
Foto: AP
BAKI, AzerVoice
Avstriyanın Qrats şəhərindəki məktəbə edilən hücum nəticəsində ölənlərin sayı, hücumu törədən şəxsi nəzərə almamaqla, 10 nəfərə çatıb.
AzerVoice xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti məlumat yayıb.
Məlumata görə, onuncu qurban Qrats Universitet Klinikasında vəfat edib.
Qeyd edək ki, daha əvvəl hücumu törədən şəxsin intihar etdiyi əyalət polisi tərəfindən təsdiqlənmişdi.