BAKI, AzerVoice
İran ilə İsrail arasında qarşılıqlı hücumlar davam etdiyi bir vaxtda Tehranda güclü partlayış səsləri eşidilib.
Bu barədə AzerVoice xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata əsasən, Tehranın mərkəzindən eşidilən partlayış səslərinin şəhərin qərb istiqamətindən gəlib. Son yarım saat ərzində isə paytaxtın üzərində hava hücumundan müdafiə sistemlərinin intensiv fəaliyyət göstərdiyi müşahidə olunub.
Bununla yanaşı, Tehranın hava məkanında ilk dəfə olaraq döyüş təyyarələrinin göründüyü qeyd olunur.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.