Əsas səhifə » Avstriyada məktəbə silahlı hücum edən şəxsin intihar etdiyi təsdiqlənib - Detallar

Avstriyada məktəbə silahlı hücum edən şəxsin intihar etdiyi təsdiqlənib - Detallar

BAKI, AzerVoice

Avstriyanın Qrats şəhərində bir məktəbə silahlı hücum edən şəxs şəhərin yerli sakini olub və hadisə baş verdikdən sonra məktəbin binasında intihar edib.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin əyalət polisinin verdiyi məlumatda bildirilib.

Məlumata əsasən, şübhəli şəxs 21 yaşlı avstriya vətəndaşıdır. O məktəbin tualetində intihar edib. Polis hadisə yerində iki ədəd odlu silah aşkar edib və onların hazırda ekspertizadan keçirildiyini bildirib. Silahların qanuni yolla əldə edildiyi ehtimal olunur. Hücumun motivləri isə hələ müəyyən edilməyib.

Ştiriya əyalətinin polis nümayəndəsi Herald Ortner bildirib ki, atəş açan şəxs əvvəllər polis qeydiyyatında olmayıb. Avstriyanın daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, şübhəli şəxs daha əvvəl insidentin baş verdiyi məktəbdə təhsil alıb, lakin oranı bitirməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice