Əsas səhifə » "Brent" markalı neftin qiyməti 5,7 faizdən çox artıb

"Brent" markalı neftin qiyməti 5,7 faizdən çox artıb

BAKI, AzerVoice

Cari ilin avqust ayı üçün təədarükü nəzərdə tutulan "Brent" markalı neftin fyuçers qiyməti Londonun ICE birjasında 5,7 faizdən çox artıb.

AzerVoice xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 22:09-da "Brent" markalı neftin qiyməti 5,1 faiz artaraq bir barel üçün 76,2 dollara yüksəlib.

Saat 22:24-ə olan məlumata görə isə, "Brent" fyuçersi artımını davam etdirərək 76,64 dollaradək bahalaşıb. Eyni zamanda, bu ilin avqust ayı üçün tədarükü nəzərdə tutulan "WTI" markalı neftin fyuçersi 4,14 faiz artaraq 73,51 dollar səviyyəsində ticarət olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice