Əsas səhifə » İsrail Hərbçiləri Qəzzaya Yardım Gətirən Gəmini Ələ Keçirib

İsrail Hərbçiləri Qəzzaya Yardım Gətirən Gəmini Ələ Keçirib

BAKI,AzerVoice

İsrail hərbçiləri, Qəzzaya yardım göndərmək məqsədilə yola çıxan "Madleen" adlı gəmini ələ keçirib və gəmidəki 12 fəalı, o cümlədən Qreta Tanberqi həbs edərək gəmini Aşdod limanına gətirib.

AzerVoice xəbər verir ki, bu, İsrailin qanunsuz blokadasına qarşı açıq etiraz olaraq Fələstin tərəfdarı Azadlıq Donanması Koalisiyası (FFC) tərəfindən təşkil edilib.

Azadlıq Donanması Koalisiyası, Telegram üzərindən "SOS! Madleen gəmisindəki könüllülər İsrail qüvvələri tərəfindən oğurlanıb" mesajını yayımlayaraq, gəminin ələ keçirildikdən sonra əlaqənin kəsildiyini bildirdi.

Canlı yayımlanan görüntülərdə, İsrail gəmilərinin "Madleen" gəmisini əhatə etdiyi və fəallara əllərini havaya qaldırmağı əmr etdiyi görünür. Gəmi, Qəzzaya humanitar yardım göndərməyi və oradakı böhrana diqqət çəkməyi hədəfləyirdi.

Həmçinin, HƏMAS hərəkatı, beynəlxalq ictimaiyyəti İsrailin yardım gəmisinə qarşı amansız hücumunu pisləməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstindəki insan hüquqları üzrə xüsusi müşavirəsi Francesca Albanese, gəminin işğalçı qüvvələr tərəfindən ələ keçirilməsindən sonra, Britaniya hökumətinə dərhal tədbir görməyi və gəmini və sərnişinlərini azad etməyə çalışmasını tövsiyə edib.

Albanese, Azadlıq Donanması Koalisiyasının əməliyyatını dəstəkləyərək, digər gəmilərə Qəzza blokadasına qarşı mübarizə aparmalarını çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice