Əsas səhifə » Ukrayna ilə görüşlərin başqa şəhərdə keçirilməsi gündəmdə deyil - Rusiya XİN müavini

Ukrayna ilə görüşlərin başqa şəhərdə keçirilməsi gündəmdə deyil - Rusiya XİN müavini

BAKI, AzerVoice

Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda İstanbul yeganə məkandır və yeni bir məkan seçmək məsələsi artıq gündəmdə deyil.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“İstanbulda artıq müəyyən bir əlaqə təcrübəsi toplandı. Ona görə də yeni bir mekan seçmək məsələsi tamamilə gündəmdən çıxarılıb. Alternativ məkan təkliflərini düşünməyə belə dəyməz”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ, mayın 16-da İstanbulda keçirilən görüşlərindən bitinci mərhələsindən sonra danışıqların Vatikan şəhərində davam etdirilməsini təklif etmişdi.

İki ölkənin heyətləri ən son iyunun 2-də İstanbulda görüş keçiriblər. Bir saatdan çox davam edən görüşdə tərəflər öz sülh təkliflərini qarşı tərəfə təqdim ediblər. Rusiya birtərəfli qaydada 6 min Ukraynalı əsgərin meyitlərini qaytarmağa hazır olduğunu bildirdi. Tərəflər yaralı, xəstə və 25 yaşdan aşağı olan hər iki tərəfdən ən azı min hərbi əsirin mübadiləsi ilə razılaşdılar. Görüşdə Kiyev heyəti Rusiyaya 339 uşağın adlarını təqdim edərək geri qaytarılmasını tələb etdi. Ukrayna tərəfi 20-30 iyun tarixləri arasında görüşlərin üçüncü mərhələsinin keçirilməsini təklif etdi.

Digər Kateqoriyalar

2025 © Azervoice