BAKI,AzerVoice
Türkiyənin Akdeniz universiteti dörd növ tibbi ləvazimat alımı üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 1 iyul 2025-ci il tarixinə qədər "Dumlupınar Bulvarı 07058 Kampüs Konyaaltı/Antalya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir