BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq, 32 milyon 676 min 1 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq, 186 milyon 119 min 38 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 6 milyard 929 milyon 98 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 1 milyard 520 milyon 390 min dollar məbləğində hazır geyim maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 446 milyon 977 min dollar məbləğində hazır geyim ixrac edib.