Əsas səhifə » Ilon Mask Trampın vergi qanununa qarşı çıxıb

Ilon Mask Trampın vergi qanununa qarşı çıxıb

BAKI, AzerVoice

Ilon Mask Trampın vergi endirimi qanun layihəsini sərt şəkildə tənqid edib/

AzerVoice xəbər verir ki, ABŞ Konqresində müzakirəyə çıxarılan prezident Donald Trampın vergi və xərclərlə bağlı yeni qanun layihəsi milyarder Elon Maskın sərt reaksiyasına səbəb olub.

Mask sosial media platforması X-də qanun layihəsini “dəhşətli” adlandıraraq, onun federal büdcə kəsirini daha da artıracağını bildirib.

“Üzr istəyirəm, amma daha dözə bilmirəm... Konqresdəki bu xərclər haqqında qanun layihəsi dəhşətlidir. Ona səs verənlər utanmalıdır: Səhv etdiyinizi bilirsiniz,” – deyə Mask yazıb. O, qanunun 2,5 trilyon dollar büdcə kəsirinə səbəb olacağını və ABŞ vətəndaşlarını dözülməz borc yükü ilə üz-üzə qoyacağını vurğulayıb.

Xatırladaq ki, Nümayəndələr Palatası keçən ay qanun layihəsini bir səs fərqi ilə qəbul edib. Qanun layihəsi Trampın 2017-ci ildə təsdiqlənmiş vergi endirimlərinin uzadılmasını və Konqresin Büdcə Ofisinin hesablamalarına görə 36,2 trilyon dollarlıq dövlət borcuna əlavə olaraq 3,8 trilyon dollar xərcin daxil edilməsini nəzərdə tutur. Respublikaçıların çoxluqda olduğu Senatın gələn ay qanunu təsdiqləməsi gözlənilir.

Qeyd edək ki, Ağ Ev Maskın açıqlamalarına cavab olaraq qanun layihəsini müdafiə edib. Prezidentin sözçüsü Karolin Leavitt mətbuata verdiyi açıqlamada “Prezident artıq Elon Maskın bu məsələdə nə düşündüyünü bilir, lakin bu, onun fikrini dəyişmir. Bu, böyük və gözəl qanun layihəsidir və prezident bunun arxasında durur,” - deyə bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice